ŞAH NEYMƏTULLAH VƏLİ

(731/1330 – 834/1431) – tanınmış sifi şeyxlərindən biri olmuşdur. Neymətullahi təriqətinin adı onunla bağlıdır. O, Suriyanın Hələb şəhərində doğulmuş, şafii məzhəbinin davamçısı olmuşdur. Onun atası Mir Abdullah sufi şeyxi olmuşdur. Yetkinlik yaşına çatdıqda Şah Neymətullah Vəli müxtəlif ölkələrə səfərlər etmiş, məşhur sufi Abdullah Yafiinin istəkli tələbəsi, sonra isə xəlifəsi olmuşdur. Yeddi il ərzində o, İbn Ərəbinin əsərlərini öyrənmiş, sonra isə onun bəzi kitablarına şərhlər yazmışdır. Bundan sonra Şah Neymətullah yenidən səfərlərə çıxmış, İraq və Misirdə olmuş, sonra Mavərənnəhrə gedib türklərin arasında təbliğat aparmışdır. Ancaq, əmir Teymur onun fəaliyyətini dəstəkləməmiş, ona görə də Şah Neymətullah Vəli Herata, oradan Məşhədə, sonra isə Yəzdə getmişdir. Sonda o, Kirmandakı Məhan kəndinə gəlmiş, həyatının son 25 ilini orada keçirmişdir. Rəvayətlərə görə Şah Neymətullanın 500-dən artıq əsərləri olmuşdur. Şah Neymətullah Vəli tərkidünyalığın tərəfdarları olmamış, abidliyi ictimai həyatda iştirak edərkən göstərməyi təbliğ edirdi. O zaman mənəviyyat yolçusu dünya işləri ilə məşğul olsalar belə, öz “Mən”ini Allaha yönəltməlidirlər. Eyni zamanda o, təriqəti şəriətdən ayırmamışdır. Bununla yanaşı Şah Neymətullah Vəli görüntü üçün dindarlığı göstərməyin tərəfdarı da olmamışdır. Ona görə o, xüsusi dini geyimdə cəmiyyətə çıxıb özünü göstərməyə qarşı idi. O, musiqi ilə müşayiət olunan səmaların keçirilməsinə icazə vermişdir.
ŞAFİİ MƏZHƏBİ
ŞAHİKÜL-CƏBƏL
OBASTAN VİKİ
Şah Nemətullah Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
Voldemar Vəli
Voldemar Vəli (est. Voldemar Väli; 10 yanvar 1903, Kurеssааrе, Liflyand quberniyası – 13 aprel 1997, Stokholm) — estoniyalı Yunan-Roma güləşçisi, Olimpiya çempionu. 1928-ci ildə keçirlən Yay Olimpiya Oyunlarında yarım-yüngül çəkidə qızıl medalı qazandı, 1936 Olimpiyadasında isə bürünc medalı. 1942-ci ildə İsveçə emiqrasiya etdi və orada öncə çilingər kimi işləyirdi, daha sonra isə həyat yoldaşı ilə kuklalar fabrikasını açdı.
Vəli Muxatov
Muxatov Vəli (22 aprel (5 may) 1916, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 6 yanvar 2005, Aşqabad) — türkmən bəstəkarı, SSRİ xalq artisti (1965), Stalin (1951, 1952) mükafatları və Türkmənistan Dövlət mükafatı (1972) laureatı. Türkmən milli peşəkar musiqisinin banilərindəndir. Üzeyir Hacıbəyovun "Koroğlu" operası və "Arşın mal alan" musiqili komediyasının Aşqabadda, Türkmənistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmasının təşəbbüskarı olmuşdur. Ü. Hacıbəyovun musiqisini nikbin və dərin milli koloritə malik musiqi kimi yüksək dəyərləndirmişdir.
Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu (7 yanvar 1931, Yardımlı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı. Vəli Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda anadan olmuşdur. Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır. Yardımlı rayon dövlət bankında mühasib işləmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952–1953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953–1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956–1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957–1960).
Vəli Nağıyev
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var. 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 33 medalla təltif edilmişdir.
Vəli Nəbiyev
Vəli Nəbiyev (Vəli Nəbi oğlu Nəbiyev; 13 yanvar 1955, Çərçiboğan, Noraşen rayonu – 21 may 1998, Gəncə) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.[mənbə göstərin] Nəbiyev Vəli Nəbi oğlu 13 yanvar 1955-ci ildə Şərur rayonunun Çərçiboğan kəndindən anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin( indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 21 may 1998-ci ildə Gəncə şəhərində vəfat edib. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1980-1996-ci illərdə Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük və aparıcı elmi işçi, Nizami Gəncəvi adına Gəncə Dövlət Universitetinin professoru olub. 1996-1998-ci illərdə Gəncə Dövlət Universitetinin prorektoru olub. XIX-XX əsrlər Azərbaycan bədii nəsrinin üslub istiqamətlərinə, janr-üslub təkamülünə dair tədqiqatların, 100-qədər elmi, elmi-publisistik məqalənin müəllifidir. Qubadlı, Laçın, Zəngilan və Cəbrayıl bölgələrinin folklor nümunələrini toplayıb nəşr etdirmişdir. Zaman və nəsrin problemləri, Bakı, 1987. Naxçıvan Ensiklopediyası.
Vəli Nəsirov
Vəli Nəsirov (tam adı:Nəsirov Vəli Hüseynəli oğlu;17 dekabr 1925, Qarabağlar, Naxçıvan MSSR – 16 iyun 1987, Bakı) — fəlsəfəşünas, fəlsəfə elmlər doktoru, professor. Nəsirov Vəli Hüseynəli oğlu 17 dekabr 1925-ci ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. 16 iyun 1987-ci ildə Bakı şəhərində vəfat edib. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin fəlsəfə şöbəsini bitirmişdir. “Azərnəşr”də siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor, böyük redaktor (1952-56). BDU-nun fəlsəfə kafedrasında müəllim və dosent (1956-75) işləmişdir. 1975-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə kafedrasının müdiri idi. Vətənpərvərlik, milli münasibətlərə dair tədqiqatların, o cümlədən 10-dan çox kitab, monoqrafiya, broşürün və elmi məqalələrin müəllifi olub. SSRİ Jurnalistlər İttifaqının (1958) Fəlsəfə Cəmiyyətinin (1973) SSRİ — Qırmızı Ulduz SSRİ — I dərəcəli Vətən müharibəsi ordeni Naxçıvan Ensiklopediyası.
Vəli Qasımov
Vəli Aydın oğlu Qasımov (4 oktyabr 1968, Kirovabad) — azərbaycanlı futbolçu və futbol məşqçisi. Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. 4 oktyabr 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası usta rəssam, anası isə tibb bacısı olub. Azərbaycan, rus, ispan, portuqal dillərini bilir. Murad adlı bir oğlu var. Uşaqlıq illərini Gəncədə evlərinin yaxınlığında yerləşən "Metallurq" stadionunda keçirib; həm futbol, həm də həndbol oynayıb. 14 yaşında həndbolla vidalaşıb və bütün diqqətini futbola yönəldib. Futbol oynamağa doğma Gəncə şəhərinin Pişevik klubunun gənclər komandasında başlayıb. İlk məşqçisi Yusif Məhərrəmov olub.
Vəli Quliyev
Vəli Quliyev (icra başçısı)
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Vəli Xidirov
Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas. Vəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. Vəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir.
Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894 və ya 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931). Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub.. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib. 1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əmir Vəli
Əmir Vəli (v. 1386) — Astarabad hakimi. Əmir Vəli 1374-cü ildən 1376-cı ilədək Astarabad hakimi olmuşdu. 1386-cı ilin baharında Əmir Teymur İrana yürüş edir. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu, lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır. Tarixçi Zeynəddin Qəzvini yazır: "Əmir Vəli Təbrizə çatan kimi Mahmud Xalxalinin yanına adam göndərib onu özü ilə müttəfiq etdi". Azərbaycan xalqı Əmir Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi.
Vəli Can
Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır. Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür. Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.
Vəli İsmayılov
Vəli Əli oğlu İsmayılov (7 may 1912, Qaraçuq, Naxçıvan rayonu – 6 aprel 1968, Naxçıvan) — 24 may 1960-cı ildə "Azərbaycan SSR Əməkdar İrriqatoru" fəxri adını vermişdir. 1961-ci il, fevral 1964-cü il Plenumlarında iştirak etmiş, kənd təsərrüfatı ilə əlaqədar seminarlarda çıxışlar etmiş, "Pambığın suvarılmasının təşkili" adlı tövsiyə xarakterli kitab yazmışdır. Batabat gölləri, Uzunoba, Nehrəm, Qahab göllərinin (su anbarları) tikintisini həyata keçirmiş, istifadəyə vermişdir. Vəli Əli oğlu İsmayılov 7 may 1912-ci ildə Naxçıvan MSSR, Naxçıvan rayonu Qaraçuq kəndində anadan olub, Qaraçuq orta məktəbini bitirdikdən sonra 1931–1935-ci illərdə Stalin adına Gəncə Su Təsərrüfatı Mühəndisləri institutunda ali təhsil alıb. 1935–1941-ci illərdə Naxçıvan Su Təsərrüfatı idarəsində hidrotexnik vəzifəisndə çalışıb. İkinci dünya müharibəsində cəbhəyə gedib və 56-cı ordunun tərkibində 66-cı atıcı divizyada xidmət edir. (iyun 1941 — may 1943) Döyüşdə yaralandığına görə ordudan kiçik leytinant olaraq tərxis olunub. 9 may 1945-ci ildə "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub. 1943–1948-ci illərdə Naxçıvan Su Təsərrüfatı idarəsində mühəndis kimi fəaliyyətini davam etmiş və 1948–1968-ci illərdə həmin idarənin rəisi vəzifəsində ömrünün sonunadək çalışmışdır. 6 aprel 1968-ci ildə Naxçıvan şəhərində vəfat edib.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Vəli Əbilov
Vəli Murad oğlu Əbilov (krımtat. Veli Murat oğlu Abilev, Вели Мурат огълу Абилев; 1898, Simferopol qəzası[d], Tavriya quberniyası[d] – 1945) — Krım tatar yazıçısı, müəllimi, publisist və jurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Vəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub. İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb.